Qarşılaşma "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Qarşılaşma "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.
  • Fanat
  • 21 Fevral 2019 19:12
  •  1 134

"Yuventus"un səhmləri "Atletiko"ya məğlubiyyətdən sonra ucuzlaşdı

Qarşılaşma "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb.

İtaliyanın "Yuventus" klubunun səhmləri Çempionlar Liqasının 1/8 final mərhələsində səfərdə İspaniya "Atletiko"suna məğlubiyyətdən sonra ucuzlaşıb.

Turin təmsilçisinin səhmləri 10% azalıb.

Fevralın 21-də səhər saatlarında səhmlər birjada 1.45 avroya satılıbsa, bu gün həmin vaxtlarda 1,29 avro olub.

Qeyd edək ki, qarşılaşma "Atletiko"nun 2:0 hesablı qələbəsi ilə başa çatıb. Cavab görüşü martın 12-də olacaq. İtaliya təmsilçinin səhmləri Kriştianu Ronaldunun transferindən sonra bahalaşmışdı. (report)

AzNews.az