Səudiyyə Ərəbistanı basketbol üzrə dünya çempionatına ev sahibliyi edəcək Səudiyyə Ərəbistanı basketbol üzrə dünya çempionatına ev sahibliyi edəcək
  • Fanat
  • 19 Mart 2019 17:46
  •  1 139

Səudiyyə Ərəbistanında basketbol üzrə dünya çempionatı keçiriləcək

Səudiyyə Ərəbistanı basketbol üzrə dünya çempionatına ev sahibliyi edəcək

Səudiyyə Ərəbistanı bu ilin oktyabrında basketbol üzrə dünya çempionatına ev sahibliyi edəcək.

Bu barədə müqaviləni Ər-Riyadda Ərəb-Səudiyyə Olimpiya Komitəsinin sədri Əbdül Əziz bin Turki əl-Feysəlin iştirakı ilə Səudiyyə Ərəbistanı Basketbol Federasiyasının sədri Əbdül Rəhman əl-Musida və Beynəlxalq Basketbol Federasiyasının sədrinin birinci müavini Aqnessio Andres imzalayıblar.

Ciddə əyalətində keçiriləcək çempionatın Səudiyyə Ərəbistanının dünya idmanında mövqeyinin güclənməsinə töhfə verəcəyi bildirilir.

Aqnessio Anders çempionata ev sahibliyinə görə Səudiyyə Ərəbistanı Basketbol Federasiyasına minnətdarlığını bildirib, yarışların uğurla təşkil olunacağına əminliyini ifadə edib.

Əbdül Rəəhman əl-Musib öz növbəsində Ərəb-Səudiyyə Olimpiya komitəsinin sədri Əbdül Əziz bin Turki əl-Feysələ basketbol üzrə dünya çempionatının ölkədə keçirilməsini dəstəklədiyinə görə təşəkkürünü bildirib. O, bu çempionatın ən vacib idman hadisəsi olduğunu deyib.(AZƏRTAC)

AzNews.az