"Hər kəs əlindən gələni etdi" "Hər kəs əlindən gələni etdi"
  • Fanat
  • 25 Mart 2019 23:46
  •  1 962

Cenk Tosun: “Gözəl bir oyun alındı”

"Hər kəs əlindən gələni etdi"

“İki oyunda altı xal almaqdan daha önəmlisi bu qarşılaşmalarda qol buraxmadan qələbə qazanmaqdır”.

Bu sözləri Türkiyə milli komandasının futbolçusu Cenk Tosun deyib.

AVRO-2020-nin seçmə mərhələsinin Moldova ilə oyununda vurduğu iki qolla 4:0 hesablı qələbədə pay sahibi olan hücumçu görüş barədə fikirlərini açıqlayıb: “Əskişəhərdə bizi dəstəkləməyə gələn bütün azarkeşlərə təşəkkür edirəm. 90 dəqiqə susmadan bizə dəstək oldular. Komanda yoldaşlarımı qeyd etmək istəyirəm. Hər kəs əlindən gələni etdi. Bəlkə də daha böyük hesab da ola bilərdi. Çox qol imkanları qazandıq. Gözəl bir oyun alındı. İyundakı qarşılaşmalara mənəvi cəhətdən daha hazırlıqlı olacağıq”.

Qeyd edək ki, Türkiyə yığması H qrupundakı ilk oyununda Albaniyanı 2:0 hesabı ilə məğlub edib. (ona.az)

AzNews.az