- Fanat
- 28 Mart 2019 17:22
- 2 450
Ukraynalı boksçu dünya çempionu titulundan imtina etdi

Otuz iki yaşlı ukraynalı boksçunun peşəkar rinqdə 16 qələbəsi var.
Ukraynalı peşəkar boksçu Aleksandr Usik Ümumdünya Boks Assosiasiyasının (WBA) birinci ağır çəki dərəcəsində dünya çempionu titulundan və rusiyalı Denis Lebedev ilə döyüşdən imtina edib.
TASS agentliyi xəbər verir ki, idmançı bu barədə “Instagram” səhifəsində məlumat verib. Bundan əvvəl Ümumdünya Boks Assosiasiyası A.Usikə D.Lebedev ilə titul uğrunda döyüşməyi təklif edib. Lakin boksçu döyüşdən və kəmərdən imtina edib. “Mən kəmərdən imtina edirəm. Çünki super ağır çəkidə döyüşməyi qərara almışam. Qoy boksçular onun uğrunda döyüşsünlər”, - deyə boksçu bildirib.
Qeyd edək ki, idmançı Dünya Boks Şurasının (WBC), Dünya Boks Təşkilatının (WBO), Dünya Boks Assosiasiyasının (WBA) və Beynəlxalq Boks Federasiyasının (IBF) versiyaları üzrə dünya çempionu titullarını qazanıb.
Otuz iki yaşlı ukraynalı boksçunun peşəkar rinqdə 16 qələbəsi (12 nokaut) var.(AZƏRTAC)
AzNews.az