Ayka Şahnazaryana tibbi yardım göstərilib Ayka Şahnazaryana tibbi yardım göstərilib
  • Fanat
  • 21 Aprel 2019 09:24
  •  2 593

Boksçumuz ermənini məğlub etdi və titula sahib çıxdı

Ayka Şahnazaryana tibbi yardım göstərilib

Azərbaycan əsilli boksçu Elnur Səmədov Moskva şəhərində keçirilən "VBA Kontinental" titulu uğrunda döyüşdə əslən erməni idmançı Ayka Şaxnazaryanı məğlub edib.

9 raund davam edən döyüş Azərbaycan idmançısının aşkar üstünlüyü şəraitində keçib.

Elnur Səmədov 9-cu raundda ermənistanlı boksçunun görüşü davam etdirə bilməyəcəyini bildirməsindən sonra, hakimlərin yekdil qərarı ilə "VBA Kontinental" tituluna layiq görülüb.

Görüşdən sonra çoxsaylı bədən xəsarətləri alan Ayka Şahnazaryana tibbi yardım göstərilib.

Yarış Floyd Meyveyzer Boks Akademiyasının təşkilatçılığı ilə baş tutub. (Report)