• Fanat
  • 26 Aprel 2019 10:07
  •  501

Zidan bu futboçularla yollarını ayırır

“Real” klubu lider “Barselona”dan 16 xal geridədir

İspaniyanın “Real Madrid” futbol klubunun baş məşqçisi Zinəddin Zidan yayda 5 futbolçusunu transfer etmək fikrindədir.

46 yaşlı fransalı mütəxəssisin komandada görmək istəmədiyi beş oyunçu var. Bunlar Qaret Beyl, Markos Lorente, Daniel Sebalyos, Serxio Reqilon və Mariano Diasdır. Zinəddin Zidan öz niyyətini yay transfer pəncərəsində həyata keçirmək fikrində olduğunu söyləyib.

Qeyd edək ki, Madrid təmsilçisi İspaniya çempionatında 64 xalla 3-cü pillədə qərarlaşıb. “Real” klubu lider “Barselona”dan 16 xal geridədir.(teleqraf.com)

AzNews.az