- Fanat
- 14 May 2019 19:22
- 1 402
"Neftçi" ingiltərəli mütəxəssislə müqaviləni uzatdı
O, 2019/2020-ci illər mövsümünün sonunadək bu vəzifəni yerinə yetirəcək.
"Neftçi” Futbol Akademiyasının direktoru Mik Benetlə müqavilə 1 il müddətinə uzadılıb.
Fəaliyyəti rəhbərlik tərəfindən qənaətbəxş hesab edilən 56 yaşlı ingiltərəli mütəxəssis 2019/2020-ci illər mövsümünün sonunadək bu vəzifəni yerinə yetirəcək.
Xatırladaq ki, son mövsümdə "Neftçi” Futbol Akademiyasının U-15 və U-12 komandaları qızıl, U-13 və U-10 gümüş, U-19, U-17 və qızlardan ibarət U-13 komandası isə bürünc medal qazanıb. U-16 komandası mövsümü 5-ci pillədə bitirib. U-11 və U-14 isə 1/4 finalda mübarizəni dayandırıb.
AzNews.az