Onlar Yay Olimpiya Oyunlarına lisenziya verən xal qazandılar Onlar Yay Olimpiya Oyunlarına lisenziya verən xal qazandılar
  • Fanat
  • 12 İyun 2019 19:29
  •  1 537

Velosipedçilərimizin növbəti uğuru

Onlar Yay Olimpiya Oyunlarına lisenziya verən xal qazandılar

Türkiyənin Bursa şəhərində Beynəlxalq Velosipedçilər İttifaqının 1.2 kateqoriyalı “Orxan Qazi” və “İldırım Bəyazid” turlarına yekun vurulub.

Azərbaycan Velosiped İdmanı Federasiyasından verilən məlumata görə, veloturlarda Elçin Əsədov, Mikayıl Səfərli, Musa Mikayılzadə, Mahmud Məmmədov və Əli Qurbanovdan ibarət heyətlə mübarizə aparan yığma komandamız Tokio-2020 Yay Olimpiya Oyunları üçün daha 18 lisenziya xalı qazanıb.

Yığma komandamızın lideri Elçin Əsədov 172 km-lik “Orxan Qazi” turunda finiş xəttini 5-ci keçməklə 15, 122 km-lik “İldırım Bəyazid” yarışında isə 8-ci olmaqla daha 3 xal əldə edib.

Qeyd edək ki, Beynəlxalq Velosipedçilər İttifaqının reqlamentinə əsasən, olimpiadaya lisenziya xalları verən yarışlar 2019-cu ilin oktyabr ayının 22-dək davam edəcək.(trend.az)

AzNews.az

image description image description image description image description