Onun keçidi 48 milyon avroya başa gəlib Onun keçidi 48 milyon avroya başa gəlib
  • Fanat
  • 13 İyun 2019 14:19
  •  1 339

“Real” fransalı müdafiəçi ilə 6 illik müqavilə imzaladı

Onun keçidi 48 milyon avroya başa gəlib

İspaniyanın “Real” klubu yay fasiləsində növbəti transferini rəsmiləşdirib.

Belçikalı Eden Azar və serbiyalı Luka Yoviçin ardınca Fransa millisinin futbolçusu Ferlan Mendi də Madrid klubuna keçib.

Ölkəsinin “Lion” klubundan transfer olunan 24 yaşlı müdafiəçi ilə 6 illik müqavilə imzalanıb. Onun keçidi 48 milyon avroya başa gəlib. Lakin bu məbləğ bonuslar hesabına daha 5 milyon avro arta bilər.

Yeni transferin təqdimatı iyunun 19-da “Santyaqo Bernabeu” stadionunda təşkil olunacaq.(apa.az)

AzNews.az