- Fanat
- 25 İyun 2019 13:24
- 2 243
“Partizani” - “Qarabağ” matçının saatı açıqlandı
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək
“Qarabağ”ın Çempionlar Liqasının I təsnifat mərhələsində “Partizani” ilə keçirəcəyi ilk görüşün başlama saatı müəyyənləşib.
Oyun iyulun 10-da Tiranada baş tutacaq.
Qarşılaşmanın start fiti Bakı vaxtı ilə saat 19:30-da veriləcək. Bu komandalar arasında cavab matçı isə bir həftə sonra paytaxtımızda olacaq.
Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində “Dundalk” (İrlandiya) – “Riqa” (Latviya) cütünün qalibi ilə üz-üzə gələcək.(qafqazinfo.az)
AzNews.az