Çoxsaylı bədən xəsarətləri almış futbolçunun sol əli amputasiya edilib Çoxsaylı bədən xəsarətləri almış futbolçunun sol əli amputasiya edilib
  • Fanat
  • 5 İyul 2019 09:10
  •  1 978

Gənc futbolçunun bir əlini kəsdilər

Çoxsaylı bədən xəsarətləri almış futbolçunun sol əli amputasiya edilib

Amerikanın “Mayami Dolfins” futbol klubunun müdafiəçisi Kendrik Norton idarə etdiyi avtomobillə yol qəzasına düşüb.

Bu barədə idman agenti Malki Kava özünün özünün “Twitter” səhifəsində bildirib.

Qeyd edilir ki, onun idarə etdiyi “Ford F250” markalı avtomobil Mayami yaxınlığında beton maneəyə çırpılıb. Nəticədə sürücü ağır xəsarət alıb.

Mayami-Deydin yanğınsöndürənləri 22 yaşlı Nortonu xəstəxanaya çatdırıblar və ona tibbi yadım göstərilib. Lakin çoxsaylı bədən xəsarətləri almış futbolçunun sol əlini amputasiya etmək lazım gəlib.

Kendrik Norton 2018-ci ilin dekabrından “Mayami Dolfins”də çıxış edirdi.(report.az)

AzNews.az