- Fanat
- 9 İyul 2019 15:58
- 1 786
Boks üzrə Azərbaycan millisinin baş məşqçisi istefa verdi

Şirinov göstərilən etimad və dəstəyə görə federasiyaya təşəkkürünü bildirib
Vaqif Şirinov boks üzrə Azərbaycan milli komandasının baş məşqçi postundan istefa verib.
Bu barədə təcrübəli mütəxəssisin özü şəxsi "Facebook" səhifəsində yazıb. O, Azərbaycan Boks Federasiyasının dəvəti ilə 2 ilədək yeniyetmələr və 1 ilədək əsas komandada çalışdığı işindən ayrıldığını açıqlayıb.
Şirinov göstərilən etimad və dəstəyə görə federasiyaya, eləcə də komandadakı həmkarlarına təşəkkürünü bildirib.(report.az)
AzNews.az