Azərbaycan çempionu “Qarabağ”ın Albaniya “Partizani”si ilə qarşılaşması ikinci oyun gününə təsadüf edəcək Azərbaycan çempionu “Qarabağ”ın Albaniya “Partizani”si ilə qarşılaşması ikinci oyun gününə təsadüf edəcək
  • Fanat
  • 16 İyul 2019 00:01
  •  1 156

Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları keçiriləcək

Azərbaycan çempionu “Qarabağ”ın Albaniya “Partizani”si ilə qarşılaşması ikinci oyun gününə təsadüf edəcək

Bu gün Çempionlar Liqasında I təsnifat mərhələsinin cavab oyunları start götürəcək.

İki gün ərzində 16 qarşılaşma baş tutacaq.

Bu matçlardan altısı bu gün, onu sabah keçiriləcək. Azərbaycan çempionu “Qarabağ”ın Albaniya “Partizani”si ilə qarşılaşması ikinci oyun gününə təsadüf edəcək.

Bu cütdə yer alan komandalardan birinin rəqibi Gürcüstanda bilinəcək. Bugünkü “Saburtalo” – “Şerif” qarşılaşmasından sonra Çempionlar Liqası ilə vidalaşan komanda “Qarabağ” – “Partizani” cütündə eyni aqibəti yaşayanla Avropa Liqasında üz-üzə gələcək.

Təmsilçimizin Çempionlar Liqasındakı mümkün rəqibi sabah bilinəcək. “Riqa” – “Dandalk” görüşü Bakıdakı matçdan daha əvvəl başladığından “Qarabağ”la “Partizani” böyük ehtimalla oyunun gedişində növbəti rəqiblərini tanıyacaq. Təbii ki, Latviyadakı matçın əlavə vaxta getməsi, çempionumuzun görüşü 90 dəqiqəyə bitirməsi istisnadır. (APA)

Çempionlar Liqası
I təsnifat mərhələsi, cavab oyunları
16 iyul

19:00. "Şkendiya" (Makedoniya) – "Nomme Kalyu" (Estoniya)
İlk oyun - 1:0
21:30. "Saburtalo" (Gürcüstan) – "Şerif" (Moldova)
İlk oyun – 3:0
22:00. "HB Torshavn" (Farer adaları) – HİK (Finlandiya)
İlk oyun - 0:3
22:00. "Valletta" (Malta) – "Düdelanj" (Lüksemburq)
İlk oyun - 2:2
22:45. “Ferronikel” (Kosovo) – TNS (Uels)
İlk oyun – 2:2
22:45. "Srvena Zvezda" (Serbiya) – "Suduva" (Litva)
İlk oyun - 0:0
17 iyul
20:30. "Riqa" (Latviya) – "Dandalk" (İrlandiya)
İlk oyun - 0:0
21:00. "Rusenborq" (Norveç) – "Linfild" (Şimali İrlandiya)
İlk oyun - 2:0
21:00. "Qarabağ" (Azərbaycan) – "Partizani" (Albaniya)
İlk oyun - 0:0
21:00. AIK (İsveç) – "Ararat" (Ermənistan)
İlk oyun - 1:2
21:30. "Lüdoqorets" (Bolqarıstan) – "Ferensvaroş" (Macarstan)
İlk oyun - 1:2
22:00. "Pyast" (Polşa) – BATE (Belarus)
İlk oyun - 1:1
22:00. ÇFR (Kluj, Rumıniya) – "Astana" (Qazaxıstan)
İlk oyun - 0:1
22:15. "Maribor" (Sloveniya) – "Valyur" (İslandiya)
İlk oyun - 3:0
22:15. "Sutyeska" (Monteneqro) – "Slovan" (Slovakiya)
İlk oyun - 1:1
22:45. "Seltik" (Şotlandiya) – "Sarayevo" (Bosniya və Herseqovina)
İlk oyun - 3:1