Ağdamlılar mövsümdə ikinci ev oyununu “Dalğa Arena”da keçirəcək Ağdamlılar mövsümdə ikinci ev oyununu “Dalğa Arena”da keçirəcək
  • Fanat
  • 31 İyul 2019 01:44
  •  1 474

"Qarabağ" bu gün "Dandolk"u qəbul edəcək - Çempionlar Liqası

Ağdamlılar mövsümdə ikinci ev oyununu “Dalğa Arena”da keçirəcək

Azərbaycan çempionu “Qarabağ” bu gün növbəti avrokubok oyununa çıxacaq.

Ağdam klubu Çempionlar Liqasının II təsnifat mərhələsini adlamağa çalışacaq.

Qurban Qurbanovun yetirmələri cavab qarşılaşmasında İrlandiyanın “Dandolk” klubu ilə üz-üzə gələcək. Səfərdə qollu heç-heçəyə (1:1) nail olan “Qarabağ”ı evdəki görüşdə 0:0 hesabı da qane edəcək.

Ağdamlılar mövsümdə ikinci ev oyununu “Dalğa Arena”da keçirəcək. Ardıcıl 6-cı dəfə avrokubokların qrupuna düşmək arzusunda olan əyalət təmsilçisi “Dandolk” səddini adlamaq əzmindədir.

“Qarabağ” bu vəzifənin öhdəsindən gəlsə, Çempionlar Liqasının III təsnifat mərhələsində Kipr APOEL-i ilə oynayacaq. İrlandiyalılarla görüşdəki uğursuzluq isə çempionumuzu Avropa Liqasında "Slovan"a (Slovakiya) rəqib edəcək.

Qeyd edək ki, “Qarabağ” – “Dandolk” matçı saat 21:00-da başlayacaq. (APA)

Çempionlar Liqası
II təsnifat mərhələsi
Cavab oyunu
31 iyul
21:00. “Qarabağ” (Azərbaycan) – “Dandolk” (İrlandiya)
Baş hakim:
Svein Oddvar Moen
Baş hakimin köməkçiləri: Maqnus Lundberq, İsaak Elias Skyeseh Başevkin
Dördüncü hakim: Siqurd Krinqstad (hamısı Norveç)
Hakim-inspektor: Sabri Çelik (Türkiyə)
UEFA nümayəndəsi: Ádonis Prokopiou (Kipr)
Bakı. “Dalğa Arena” stadionu