Türkiyə vitse-çempionu “Başakşəhər”in də rəqibi bilinib Türkiyə vitse-çempionu “Başakşəhər”in də rəqibi bilinib
  • Fanat
  • 31 İyul 2019 00:32
  •  1 424

Çempionlar Liqasında 4 cüt bəlli oldu

Türkiyə vitse-çempionu “Başakşəhər”in də rəqibi bilinib

Çempionlar Liqasında III təsnifat mərhələsinin 4 cütü dəqiqləşib.

Buna II təsnifat mərhələsinin cavab oyunlarının ilk günündəki 7 oyunun nəticəsi səbəb olub.

Çempionlar yolunda baş tutan 5 görüşdən dördünün qalibləri iki cüt təşkil edib. Liqa yolunda mərhələ adlayan iki klub onları gözləyən rəqiblə qarşılaşacaq.

Avqustun 6-7 və 13-14-dəki matçlarda Türkiyə vitse-çempionu “Başakşəhər”in də rəqibi bilinib. İstanbullular Yunanıstan “Olimpiakos”u ilə görüşəcəklər. (APA)

Çempionlar Liqası
III təsnifat mərhələsi
Çempionlar yolu

ÇFR (Kluj, Rumıniya) - "Seltik" (Şotlandiya)
”Dinamo” (Xorvatiya) - "Ferensvaroş" (Macarstan)
Liqa yolu
“Başakşəhər” (Türkiyə) - “Olimpiakos” (Yunanıstan)
“Bazel” (İsveçrə) - LASK (Avstriya)

Qeyd edək ki, üç cüt püşkatmadan sonra bəlli idi. Bunlar Liqa yolunda “Krasnodar” (Rusiya) - “Portu” (Portuqaliya) və “Brügge” (Belçika) - “Dinamo” (Kiyev, Ukrayna), Çempionlar yolunda PAOK (Yunanıstan) - “Ayaks” (Hollandiya) cütləridir.