- Fanat
- 21 Avqust 2019 23:50
- 1 963
“Yaxşı hazırlaşmışıq” - Qurban Qurbanov
"Açıqlamalardan hiss olunur ki, "Linfild" olduqca istəklidir. Rəqibin oyununa baxmışıq, analiz etmişik. Qarşılaşmaya yaxşı hazırlaşmışıq. Sabah meydanda ən yaxşısını və düzgün olanı etməyə çalışacağıq"
Bu sözləri "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov Avropa Liqasının pley-off mərhələsində "Linfild"lə (Şimali İrlandiya) səfər oyunu öncəsi keçirilən mətbuat konfransında deyib.
Qeyd edək ki, "Linfild" - "Qarabağ" görüşü sabah Bakı vaxtı ilə 22:45-də başlayacaq. (Qafqazinfo)