"Günahkar olduğumu etiraf edirəm" "Günahkar olduğumu etiraf edirəm"
  • Fanat
  • 23 Avqust 2019 17:54
  •  1 932

Makqreqor üzr istədi, səbəbi...

"Günahkar olduğumu etiraf edirəm"

Keçmiş UFC (Mütləq Döyüş Çempionatı) çempionu irlandiyalı Konor Makqreqor Dublində barda yaşlı kişiyə hücum etdiyinə görə üzr istəyib.

TASS xəbər verir ki, o hərəkətindən peşiman olduğunu, yaşlı kişinin heç bir günahı olmadığını etiraf edib: “O, bara vaxtını yaxşı keçirmək üçün gəlmişdi və istəməzdi ki, bu hadisə baş versin. Bu hadisədən sonra mən buraya gəlib, məsuliyyəti üzərimə götürməli idim. Günahkar olduğumu etiraf edirəm və düşünürəm ki, insanları bu cür ssenarilərdən qorumaq lazımdır”.

Qeyd edək ki, bu il aprelin 6-da K.Makqreqor Dublindəki barların birində öz istehsalı olan viskini içmədiyinə görə yaşlı kişiyə hücum edərək sifətinə yumruqla zərbələr endirib.

K.Makqreqor UFC-nin ən məşhur döyüşçülərindən biridir. Qarışıq döyüş növləri üzrə 25 döyüş keçirib, 21 qələbə (19-u vaxtından əvvəl) qazanıb, dörd dəfə məğlub olub. İrlandiyalı UFC-də ilk titulunu 2015-ci ildə qazanıb. O, fərqli çəkidə eyni vaxtda iki titul qazanan ilk döyüşçüdür.(AZƏRTAC)

AzNews.az