Matçın taleyini bir qol həll edib Matçın taleyini bir qol həll edib
  • Fanat
  • 14 Sentyabr 2019 21:53
  •  2 458

“Qarabağ”ın rəqibi autsayderə uduzdu

Matçın taleyini bir qol həll edib

“Qarabağ”ın Avropa Liqasının qrupundakı rəqibi Lüksemburq “Düdelanj”ı növbəti oyununu keçirib.

Son çempion Milli divizionun VI turunda “Hostert”in qonağı olub.

Matçın taleyini bir qol həll edib. 64-cü dəqiqədə fərqlənən Yala-Lusala bu görüşədək hesabında xal olmayan meydan sahiblərinə minimalhesablı qələbə qazandırıb. Nəticədə autsayder son pilləni tərk edib.

Bu, “Düdelanj”ın cari çempionatda 3-cü məğlubiyyəti olub. 5 matçdan sonra 4 xal toplayan komanda 11-ci pillədə qərarlaşıb.

Qeyd edək ki, “Qarabağ” Lüksemburq çempionu ilə II turun oktyabrın 3-də keçiriləcək matçında qarşılaşacaq.

Görüş “Düdelanj”ın meydanında baş tutacaq.(apa.az)

AzNews.az