"Müsahibənin əyləncəli olacağını düşünürdüm" "Müsahibənin əyləncəli olacağını düşünürdüm"
  • Fanat
  • 16 Sentyabr 2019 10:00
  •  1 339

Atasının videosu Ronaldunu ağlatdı

"Müsahibənin əyləncəli olacağını düşünürdüm"

Turin "Yuventus"unun hücumçusu Kriştianu Ronaldu müsahibə zaman ona mərhum atası ilə çəkdirdiyi video göstərildikdə göz yaşlarına hakim çıxa bilməyib.

Bu barədə AzNews.az “Fourfourtvo” agentliyinə istinadən məlumat verir.

"Mən bu videonu heç vaxt görməmişdim. İnanılmaz", - deyə portuqaliyalı göz yaşlarını silərək deyib.

Forvard qeyd edib ki, atasının oğlunun nailiyyətlərindən qürur duyduğu haqqında dedikləri onun üçün çox vacibdir.

"Müsahibənin əyləncəli olacağını düşünürdüm, amma ağlayacağımı gözləmirdim. Mənim bu şəkiləri görməmişdim. Ailəmə göstərmək üçün bu fotoşəkillər məndə olmalıdır", - deyə futbolçu əlavə edib.

Qeyd edək ki, oyunçunun atası 52 yaşında qaraciyər çatışmazlığından vəfat edib. Həmin zaman Ronaldunun 20 yaşı vardı.

AzNews.az

image description image description