Turnir on bir turdan ibarətdir Turnir on bir turdan ibarətdir
  • Fanat
  • 14 Oktyabr 2019 08:39
  •  2 252

Şahmatçımız qələbə qazandı - “FIDE Grand Swiss 2019”

Turnir on bir turdan ibarətdir

Men adasında şahmat üzrə “FIDE Grand Swiss 2019” turnirinin dördüncü turu yekunlaşıb.

Şahmatçılarımızdan yalnız Nicat Abbasov ötən turu qələbə ilə başa vurub. O, fransalı rəqibi Marie Sebagı məğlub edib. Digər şahmatçılarımız Rauf Məmmədov amerikalı Hikaru Nakamura, Vasif Durarbəyli israilli Maksim Rodşteinlə heç-heçə edib. Eltac Səfərli isə ukraynalı şahmatçı Yuri Kryvoruçkoya məğlub olub.

Qeyd edək ki, dörd turun nəticəsinə görə R.Məmmədov, N.Abbasov hərəyə 2,5 xal qazanıblar. E.Səfərli və V.Durarbəylinin isə 2 xalı var. Turnir on bir turdan ibarətdir və oktyabrın 21-dək davam edəcək.

AzNews.az