O, 2009/10, 2011/12, 2012/13, 2016/17 və 2017/18 mövsümlərində də bu uğura imza atıb O, 2009/10, 2011/12, 2012/13, 2016/17 və 2017/18 mövsümlərində də bu uğura imza atıb
  • Fanat
  • 16 Oktyabr 2019 17:41
  •  1 521

Lionel Messi 6-cı dəfə “Qızıl buts” aldı

O, 2009/10, 2011/12, 2012/13, 2016/17 və 2017/18 mövsümlərində də bu uğura imza atıb

İspaniyanın “Barselona” klubunun argentinalı futbolçusu Lionel Messi “Qızıl buts” mükafatını alıb.

UEFA-ya üzv olan ölkələrin çempionatlarının ən yaxşı bombardiri üçün təsis olunan mükafat cənubi amerikalıya təqdim edilib.

2018/19 mövsümündə La Liqada 36 qol vuran L.Messi 72 xal toplayıb.

32 yaşlı argentinalı bunu 34 matçda gerçəkləşdirib.

L.Messi karyerasında 6-cı dəfə bu mükafata sahib çıxıb.

O, 2009/10, 2011/12, 2012/13, 2016/17 və 2017/18 mövsümlərində də bu uğura imza atıb. (APA)

AzNews.az