"İndi italiyalı senatorların nə edəcəyini maraqla gözləyirəm" "İndi italiyalı senatorların nə edəcəyini maraqla gözləyirəm"
  • Fanat
  • 18 Oktyabr 2019 19:46
  •  2 380

Türkiyəli futbolçu: “Ronaldo məni əsgər salamı ilə qarşıladı”

"İndi italiyalı senatorların nə edəcəyini maraqla gözləyirəm"

Türkiyə millisinin müdafiəçisi Merih Demiral AÇ-2020-nin seçmə mərhələsində Albaniya və Fransa ilə oyunlarda əsgər salamı verdiyi üçün “Yuventus”da cəzalanacağı iddia olunurdu.

21 yaşlı müdafiəçi “Yuventus”un düşərgəsinə qayıdarkən komandanın ulduzu Kriştianu Ronaldunun onu əsgər salamı ilə qarşıladığını deyib:

“Yuventus”un düşərgəsinə qayıdarkən Ronaldu bazada məni əsgər salamı ilə qarşıladı. Bir az şoka düşsəm də, qürur duydum. İndi italiyalı senatorların nə edəcəyini maraqla gözləyirəm”.

Qeyd edək ki, Türkiyə millisinin üzvləri Albaniya və Fransa ilə oyunlardakı qolları əsgər salamı ilə qeyd edib.

Futbolçular Türkiyə ordusunun Suriyada keçirdiyi "Pınar hərəkatı"na dəstək olduqları üçün əsgər salamı verib.(qafqazinfo.az)

AzNews.az