Turnir cədvəlinə 19 xalla “Barselona” liderlik edir Turnir cədvəlinə 19 xalla “Barselona” liderlik edir
  • Fanat
  • 21 Oktyabr 2019 08:50
  •  1 417

“Qarabağ”ın Avroliqada rəqibi olan “Sevilya” minimal hesabla qalib gəldi

Turnir cədvəlinə 19 xalla “Barselona” liderlik edir

Oktyabrın 20-də futbol üzrə İspaniya La Liqasının IX turunun son qarşılaşmasında “Sevilya” doğma meydanda “Levante”ni qəbul edib.

“Ramon Sançez Pizxuan” arenasında baş tutan görüşdə meydan sahibləri bir qolla qalib gəliblər. Oyunda yeganə qolu 86-cı dəqiqədə Luk De Yonq vurub. Beləliklə “Sevilya” doğma divarlar arasında “Levante”yə minimal hesabla qalib gəlib 1:0.

Günün digər maraqlı qarşılaşması “Real Soseydad” və “Real Betis” arasında baş tutub. Gərgin keçən oyunda Betis təmsilçiləri 3:1 hesabı ilə uduzub.

“Departivo Alaves” isə doğma divarlar arasında “Selta Viqo”nu 2:0 hesabı ilə məğlub edib. “Villarreal” isə səfərdə “Espanyol”u minimal hesaba üstələyib 0:1. “Atletiko Bilbao” və “Real Valladolid” qarşılaşmasında isə qalib müəyyənləşməyib.

İspaniya çempionatında IX turdan sonra turnir cədvəlinə 19 xalla “Barselona” liderlik edir. Madridin “Real” klubu isə 18 xalla ikincidir. “Atletiko Madrid” və “Sevilya” klubları isə 16 xalla müvafoq olaraq 5 və 6-cı pillədə qərarlaşıblar.

AzNews.az