Xəstəxanaya çatdırılan idmançının həyatını xilas etmək mümkün olmayıb Xəstəxanaya çatdırılan idmançının həyatını xilas etmək mümkün olmayıb
  • Fanat
  • 9 Noyabr 2019 19:31
  •  1 928

27 yaşlı idmançı məşq zamanı öldü

Xəstəxanaya çatdırılan idmançının həyatını xilas etmək mümkün olmayıb

Avstraliyalı boksçu Duayt Riçi məşq zamanı aldığı zərbədən ölüb.

Məlumatlara görə, 27 yaşlı idmançı Maykl Zerafa məşqlərdə kömək edirmiş.

Belə məşqlərdən birində zərbələrdən biri idmançıya dəyib. Zərbədən sonra o, huşunu itirib.

Xəstəxanaya çatdırılan idmançının həyatını xilas etmək mümkün olmayıb.

Qeyd edək ki, Riçi peşkar ringdə 25 qarşılaşma keçirib. Onlardan 19-u qələbə, ikisi məğlubiyyət, dördü isə heç-heçə ilə yekunlaşıb.(oxu.az)

AzNews.az