"Mənə göstərilən etimadın itməməsinə nəzarət edəcəyəm" "Mənə göstərilən etimadın itməməsinə nəzarət edəcəyəm"
  • Fanat
  • 21 Noyabr 2019 22:58
  •  2 479

Lotereyada 183 milyon avro udan fanatdan maraqlı addım

"Mənə göstərilən etimadın itməməsinə nəzarət edəcəyəm"

Şotlandiyanın “Partik Tisl” klubunun sahibi dəyişib.

Çempionşipdə mübarizə aparan komandanın azarkeşi Kolin Ueyr sevimli klubunu alıb.

O, lotereyada 183 milyon avro udub. K.Ueyr bu vəsaitin bir hissəsinə “Partik Tisl”i alsa da, onun 55 faizini fankluba bağışlamaq niyyətindədir.

71 yaşlı azarkeş bildirib ki, bu, 2020-ci ilin martının sonlarında baş verəcək: “Mən “Partik Tisl”in fanatları üçün füsunkar perspektivə yol açan səhmdar cəmiyyətlərin əksəriyyətinə təşəkkür edirəm. Mənə göstərilən etimadın itməməsinə nəzarət edəcəyəm”.

Qeyd edək ki, 13 turdan sonra 11 xala malik “Partik Tisl” Çempionşipdə sonuncu pillədə qərarlaşıb.(apasport.az)

AzNews.az