Şenol Günəş Türkiyə milli komandasının imzalı formasını Kamran Quliyevə təqdim edib Şenol Günəş Türkiyə milli komandasının imzalı formasını Kamran Quliyevə təqdim edib
  • Fanat
  • 5 Dekabr 2019 23:34
  •  2 006

Şenol Günəşə “Neftçi”nin forması hədiyyə olundu

Şenol Günəş Türkiyə milli komandasının imzalı formasını Kamran Quliyevə təqdim edib

AVRO-2020-nin final mərhələsinin görüşləri ilə əlaqədar Bakıya səfər edən Türkiyə milli komandasının baş məşqçisi Şenol Günəş "Neftçi”nin ev oyunlarını keçirdiyi "Bakcell Arena” ilə tanış olub.

Klub prezidenti Kamran Quliyev və vitse-prezident Elnur Eyvazovla görüşən türkiyəli mütəxəssisə xatirə hədiyyəsi olaraq "Neftçi” forması verilib.

Şenol Günəş isə Türkiyə milli komandasının imzalı formasını Kamran Quliyevə təqdim edib.

Qeyd edək ki, AVRO-2020-də A qrupunda yer alan “ay-ulduzlular” İtaliya ilə Romada, Uels və İsveçrə ilə Bakıda oynayacaqlar. (apasport.az)

AzNews.az