• Fanat
  • 15 Dekabr 2019 20:03

Baş məşqçi: “Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik”

"Qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı"

"Oyunda məni ən çox meydan amili narahat edirdi. Süni meydanda oynamaq çətindir. Oyunçuların zədələnməsindən qorxurduq. Bu baş vermədi. Qarşılaşmanı qollu heç-heçə ilə bitirmək istəyirdik. Sevindirici məqam odur ki, qol buraxmadıq".

Bu fikirləri "Zirə"nin baş məşqçisi Zaur Həşimov Azərbaycan Kubokunun 1/4 final mərhələsinin ilk oyununda səfərdə "Səbail"lə qolsuz heç-heçə etdikləri matçdan sonra mətbuat konfransında deyib.

Otuz səkkiz yaşlı mütəxəssis bildirib ki, görüş kifayət qədər stressli olub: "Hesab rəqibə sərf edir. Premyer Liqada belə stress olmur. Qollu heç-heçə olsaydı, mərhələni keçmək şansımız daha çox olardı".(report.az)

AzNews.az