Yığmalar artıq öz ölkələrinə qayıdıblar Yığmalar artıq öz ölkələrinə qayıdıblar
  • Fanat
  • 24 Fevral 2020 20:38
  •  4 562

Avropa çempionatı koronavirusa görə ləğv olundu

Yığmalar artıq öz ölkələrinə qayıdıblar

Çində ortaya çıxan və sürətlə yayılan koronavirus epidemiyası İtaliyada daha bir yarışın baş tutmamasına səbəb olub.

AzNews.az-ın məlumatına görə, Linyano-Sabbyadoro şəhərində görmə məhdudiyyətli idmançılar arasında keçirilməli olan paraüzgüçülük üzrə Avropa çempionatı ləğv olunub. Bu səbəbdən turnirə yollanan yığmalar artıq öz ölkələrinə qayıdıblar.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 150-ni ötüb, onlardan 4-ü dünyasını dəyişib.