İtaliya A seriyasında çempion olmayacaq

Təşkilatçılar çempionatı vaxtından əvvəl başa çatdırmaq niyyətindədir

İtaliya A seriyasının koronavirus pandemiyası üzündən yarımçıq dayandırılan 2019/20 mövsümünün bərpa etdirilməməsi planlaşdırılır.

Məlumata görə, təşkilatçılar çempionatı vaxtından əvvəl başa çatdırmaq niyyətindədir.

Plana əsasən, çempion və mükafatçılar müəyyənləşməyəcək. Hərçənd bir müddət əvvələdək yarışın bərpası nəzərdə tutulmuşdu. Amma pandemiyanın yayılması məşqlərin yaxın müddətdə bərpasına imkan vermədiyi üçün belə addım atılacaq.

Qeyd edək ki, İtaliyada koronavirusa yoluxanların sayı 80 mini keçib. (apa)