Federasiya turnir cədvəlində birinci yerdə olan “Seltik”i çempion elan edib Federasiya turnir cədvəlində birinci yerdə olan “Seltik”i çempion elan edib
  • Fanat
  • 18 May 2020 19:15
  •  6 487

Avropada daha bir çempionat ləğv edildi

Federasiya turnir cədvəlində birinci yerdə olan “Seltik”i çempion elan edib

Koronavirus pandemiyası üzündən təxirə salınan Şotlandiya liqasında mövsüm ləğv edilib.

AzNews.az xəbər verir ki, federasiya turnir cədvəlində birinci yerdə olan “Seltik”i çempion elan edib.

Bir oyunu əskik ən yaxın izləyicisi “Reyncers”dən 13 xal irəlidə olan “ağ-yaşıllar” ardıcıl 9-cu çempionluğu bayram ediblər. Komanda geridə qalan 30 görüşdə 26 qələbə qazanıb. Turnir cədvəlində sonuncu sırada qərarlaşan “Hart” komandası isə çempionatı tərk edib.

Qeyd edək ki, daha öncə Hollandiya, Belçika və Fransa liqalarından da mövsüm ləğv edilmişdi.