Xatırladaq ki, matç İstanbulda keçirilməli idi Xatırladaq ki, matç İstanbulda keçirilməli idi
  • Fanat
  • 4 İyun 2020 11:25
  •  6 715

Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər

Xatırladaq ki, matç İstanbulda keçirilməli idi

2019-20-ci il UEFA Çempionlar Liqasının final mərhələsi Rusiyada keçirilə bilər.

Məlumata görə, koronavirus pandemiyası ilə əlaqədar 1/8 final mərhələsində yarımçıq qalmş turnirin qalan hissəsini bir ölkədə mini-turnir kimi keçirmək məzərdə tutulur.

UEFA bununla əlaqədar olaraq bəzi ölkələrə müraciət ünvanlayıb. Almaniya, Rusiya və Portuqaliya bu turniri qəbul etməyə razılıq verib. Oyunların 8-29 avqustda keçirilməsi nəzərdə tutulur.

Çempionlar Liqasının formatı və tarixi barədə yekun qərar UEFA-nın iyunun 17-də keçiriləcək İcraiyyə Komitəsinin iclasında qəbul olunacaq.

Xatırladaq ki, 2019-20-ci il UEFA Çempionlar Liqasının final matçı İstanbulda keçirilməli idi.

AzNews.az