Klubun digər nümayəndələrində isə virus aşkarlanmayıb Klubun digər nümayəndələrində isə virus aşkarlanmayıb
  • Fanat
  • 16 İyun 2020 21:50
  •  5 333

İngiltərə klubunun üzvü koronavirusa yoluxdu

Klubun digər nümayəndələrində isə virus aşkarlanmayıb

İngiltərənin "Bristol Siti" klubunda koronavirusa yoluxma faktı aşkarlanıb.

AzNews.az Çempionşip təmsilçisinin rəsmi saytına istinadən xəbər verir ki, komanda üzvlərindən birinin analizi müsbət nəticə verib.

İnfeksiyaya yoluxan şəxsin kimliyi açıqlanmayıb və xəstəliyi simptomsuz keçirdiyi bildirilib. Onun artıq karantinə yerləşdirildiyi vurğulanıb.

Klubun digər nümayəndələrində isə virus aşkarlanmayıb.

Qeyd edək ki, martda pandemiyaya görə dayandırılan Çempionşip iyunun 20-də bərpa olunacaq.