Çempionlar Liqası qaldığı yerdən başlayır - Bu gün

Gün ərzində dörd cavab oyunu baş tutacaq

Avqustun 7-8-də koronavirus pandemiyası ilə əlaqədar yarımçıq dayandırılmış futbol üzrə UEFA Çempionlar Liqasının 1/8 final mərhələsinin qalan matçları keçiriləcək.

AzNews.az-ın məlumatına görə, iki gün ərzində dörd cavab oyunu baş tutacaq.

Yarışıın ilk günündə "Yuventus" (İtaliya) - "Lion" (Fransa), "Mançester Siti" (İngiltərə) - "Real Madrid" (İspaniya) matçları keçiriləcək. Bu komandalar arasında keçirilmiş ilk görüşlərdə "Lion" "Yuventus"u 1-0, "Real" isə "Mançester Siti"ni 2-1 üstələmişdi.

Avqustun 8-də isə "Bavariya" (Almaniya) - "Çelsi" (İngiltərə), "Barselona" (İspaniya) - "Napoli" (İtaliya) qarşılaşacaq.