Həlledici oyunda “neradzurra”nın ilk qolunu vuran Romelu Lukaku tarixi rekordu təkrarlayıb Həlledici oyunda “neradzurra”nın ilk qolunu vuran Romelu Lukaku tarixi rekordu təkrarlayıb
  • Fanat
  • 22 Avqust 2020 21:08
  •  5 950

Lukaku Ronaldonun rekordunu təkrarladı

Həlledici oyunda “neradzurra”nın ilk qolunu vuran Romelu Lukaku tarixi rekordu təkrarlayıb

Avropa Liqasının final oyununda “Sevilya” “İnter”ə 3:2 hesabı ilə qalib gəlib.

AzNews.az xəbər verir ki, həlledici oyunda “neradzurra”nın ilk qolunu vuran Romelu Lukaku tarixi rekordu təkrarlayıb.

Bu qol Lukakunun cari mövsümdə bütün turnirlərdə vurduğu 34-cü qolu olub. Bununla da, o, “İnter”də keçirdiyi ilk mövsümdə ən çox qol vuran futbolçu olub. Bu göstəricidə o, braziliyalı Ronaldonun rekordunu təkrarlayıb.

Ronaldo 1997/98-ci il mövsümündə “İnter”də keçirdiyi ilk mövsümündə 34 qolla yadda qalmışdı.