• Fanat
  • 22 Sentyabr 11:30

Alvaro Morata “Yuventus”a keçib

“Yuventus” qarşı tərəfə 10 milyon avro ödəyəcək

İspaniyanın “Atletiko” klubunun hücumçusu Alvaro Morata keçmiş komandası İtaliya “Yuventus”una qayıdıb.

Məlumata görə, ulduz futbolçu cari mövsümü icarə əsasında Turin təmsilçisində keçirəcək.

Klublar arasındakı razılığa əsasən, “Yuventus” qarşı tərəfə 10 milyon avro ödəyəcək. “Qoca sinyora” 28 yaşlı forvardı gələn il 45 milyon avroya birdəfəlik transfer etmək hüququna malik olacaq.

İspaniya millisinin üzvü artıq dünən gecə Turinə yollanıb. O, bu gün yeni klubunda tibbi müayinədən keçdikdən sonra rəsmi müqaviləyə qol çəkəcək. Morata 2014-15-ci illərdə “Yuventus”da komanda yoldaşı olan Andrea Pirlonun bu dəfə futbolçusu kimi çıxış edəcək.

Qeyd edək ki, Alvaro Morata 2014-2016-cı illərdə “Yuventus”un formasını geynib. (Apasport.az)

AzNews.az