Paytaxt klubu iyulun 17-də 23 yaşı tamamlanmış Diavaranı yaşı 22-yə qədər olan oyunçu kimi sifariş edib Paytaxt klubu iyulun 17-də 23 yaşı tamamlanmış Diavaranı yaşı 22-yə qədər olan oyunçu kimi sifariş edib
  • Fanat
  • 22 Sentyabr 2020 23:21
  •  7 031

“Roma”ya texniki məğlubiyyət verildi

Paytaxt klubu iyulun 17-də 23 yaşı tamamlanmış Diavaranı yaşı 22-yə qədər olan oyunçu kimi sifariş edib

İtaliya Futbol Federasiyası “Roma”nı cəzalandırıb.

AzNews.az A Seriyasının rəsmi saytına istinadən xəbər verir ki, paytaxt təmsilçisinə texniki məğlubiyyət verilib.

Buna “canavarlar”ın yarımmüdafiəçisi Amadu Diavaranın 1-ci turun “Verona” ilə oyunun (0:0) iştirak ərizəsinə düzgün sifariş olunmaması səbəb olub. Paytaxt klubu iyulun 17-də 23 yaşı tamamlanmış Diavaranı yaşı 22-yə qədər olan oyunçu kimi sifariş edib.

Qeyd edək ki, “Roma” növbəti turda “Yuventus”la, “Verona” isə “Udineze” ilə qarşılaşacaq. Hər iki görüş sentyabrın 27-də keçiriləcək.