Millimiz final mərhələsinə vəsiqə şansını itirdi

Yığmamız AVRO-2021-in seçmə mərhələsində Slovakiya ilə qarşılaşıb

21 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi bu gün növbəti oyununu keçirib.

AzNews.az xəbər verir ki, yığmamız AVRO-2021-in seçmə mərhələsində Slovakiya ilə qarşılaşıb.

Matçın ilk yarısı qolsuz başa çatıb. İkinci hissədə meydan sahibləri hesabı açmağa müvəffəq olub. Amma yığmamız cəmi 4 dəqiqə hesabda geri olub. Mert Çelik millimizi ümidləndirib. Buna baxmayaraq, Milan Obradoviçin yetirmələri bərabərliyi qoruya bilməyiblər. Uzatma dəqiqəsində fərqlənən Slovakiya millisi 3 xal qazanıb.

Bu yenilgidən sonra Azərbaycan yığması 5-ci pilləyə yuvarlanıb. Tsikldə 8-ci matçına çıxan komandamız Nitra şəhərində aldığı məğlubiyyətdən sonra həm də final mərhələsinə çıxmaq üçün nəzəri şansını da itirib.

Qeyd edək ki, Azərbaycan millisi qrupda növbəti oyununu oktyabrın 13-də səfərdə Gürcüstanla keçirəcək.

AVRO-2021-in seçmə mərhələsi
2-ci qrup
8 oktyabr
18:30. Slovakiya – Azərbaycan - 2:1
Qollar: Tomas Suslov, 62, İvan Mesik, 90+4 - Mert Çelik, 66
Baş hakim: Kristoffer Haqenes (Norveç)
Nitra. “Nitra” stadionu