Sarina Viqman qadın namizədlər arasında birinci olub Sarina Viqman qadın namizədlər arasında birinci olub
  • Fanat
  • 17 Dekabr 2020 23:26
  •  6 356

İlin ən yaxşı baş məşqçiləri bilindi

Sarina Viqman qadın namizədlər arasında birinci olub

FIFA ilin ən yaxşı kişi və qadın baş məşqçilərinin adını elan edib.

AzNews.az-ın məlumatına görə, kişilərdən “The Best” mükafatına İngiltərə "Liverpul"una rəhbərlik edən Yurgen Klopp layiq görülüb. Almaniyalı mütəxəssis "Lids Yunayted"dən Marselo Byelsa və Almaniya "Bavariya"sından Hans-Diter Fliki geridə qoyub.

Niderlandın qadınlardan ibarət əsas yığmasının baş məşqçisi Sarina Viqman isə qadın namizədlər arasında birinci olub.