- Fanat
- 20 Yanvar 2021 21:34
- 6 012
İstanbul derbisinin vaxtı açıqlandı
İstanbul derbisi fevralın 6-da oynanılacaq
Türkiyə Superliqasının 24-cü turunda “Fənərbaxça” və “Qalatasaray” arasında keçiriləcək oyunun vaxtı açıqlanıb.
AzNews.az Türkiyə Futbol Federasiyasının rəsmi saytına istinadən xəbər verir ki, İstanbul derbisi fevralın 6-da oynanılacaq.
“Şükrü Saracoğlu” stadionunda keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.
Qeyd edək ki, komandalar arasında bu mövsümün ilk dövrəsində “Türk Telekom Arena”da keçirilən oyunda hesab açılmayıb