"Qəbələ" komandasına uğurlar arzu edirəm "Qəbələ" komandasına uğurlar arzu edirəm
  • Fanat
  • 6 Fevral 2021 19:23
  •  5 072

“Bu komanda heç bir rəqibdən çəkinmir” - Qurban Qurbanov

"Qəbələ" komandasına uğurlar arzu edirəm

Azərbaycan Kubokunun 1/4 finalının cavab qarşılaşmasında "Qəbələ"ni səfərdə 3:0 hesabı ilə məğlub edən "Qarabağ" adını yarımfinala yazdırıb.

AzNews.az xəbər verir ki, qarşılaşmadan sonra qonaq komandanın baş məşqçisi Qurban Qurbanov qələbəni şərh edib:

"Topa sahiblənmədə, topla davranışda biraz çətinlik çəkdik. Bunun da səbəbləri var idı. İlk hissənin əvvəlində meydançanın vəziyyəti daha yaxşı idi. Ancaq sonradan dedilər ki, meydançada problem var və su vurmadılar. Buna görə topun meydanda hərəkəti çətinləşdi. Bu amil oyunun tempini aşağı saldı. Ancaq ümumi götürdükdə, baxmayaraq ki, ilk oyunda 3:1 hesabı ilə qalib gəlmişdik, yenə də futbolçularda qələbə üçün istək vardı. Oyunun nizam-intizamını qoruyub saxlamaq istəyirdilər. Futbolçularımı təbrik edirəm. Qarşılarına qoyulan məqsədi yerinə yetirə bildilər və yarımfinala vəsiqə qazandıq".

Qurban Qurbanov rəqib komanda haqda da fikirlərini səsləndirib:

""Qəbələ"yə uğurlar arzu edirəm. Bu gün "Qəbələ"nin heyətinə baxıb köməkçilərimə dedim ki, bu komanda heç bir rəqibədən çəkinmir və çalışırlar ki, hücum potensialını yaxşılaşdırsınlar. Bu gün də hücumda daha çox futbolçu gördük. İnanıram ki, "Qəbələ" daha yaxşı oyunlar sərgiləyəcək, daha yaxşı nəticələr əldə edəcək. Çünki bu şəhərin, bu komandanın yaxşı nəticəyə ehtiyacı var. Buna layiqdilər. "Qəbələ" komandasına uğurlar arzu edirəm".

Qeyd edək ki, "Qarabağ" final mərhələsində "Səbail” – "Sumqayıt” cütünün qalibi ilə qarşılaşacaq.