“İnter” klubu yeni koronavirus testinin nəticələrini açıqlayıb “İnter” klubu yeni koronavirus testinin nəticələrini açıqlayıb
  • Fanat
  • 25 Fevral 2021 16:30
  •  10 236

“İnter”də 5 nəfər koronavirusa yoluxub

“İnter” klubu yeni koronavirus testinin nəticələrini açıqlayıb

“İnter” klubu yeni koronavirus testinin nəticələrini açıqlayıb.

A seriyasının liderində bu dəfə futbolçular yox, klub rəsmiləri virusa yoluxublar.

İki idarəedici direktor Alessandro Antonello və Cüzeppe Matotta, həmçinin idman direktoru Pyero Ausilio, klub vəkili Ancelo Kapelyini və texniki heyət üzvünün testinin nəticəsi pozitiv çıxıb. Adıçəkilən şəxslər karantinə alınıb.

Qeyd edək ki, 23 turdan sonra “İnter” 53 xalla A seriyasına başçılıq edir. (Apasport.az)

AzNews.az