Yeni məkan martda müəyyənləşdiriləcək Yeni məkan martda müəyyənləşdiriləcək
  • Fanat
  • 2 Mart 2021 10:28
  •  12 021

Rusiya bundan məhrum edildi

Yeni məkan martda müəyyənləşdiriləcək

Ümumdünya Kikboksinq Təşkilatı Assosiasiyası (WAKO) 2021-ci il dünya çempionatını Rusiyanın paytaxtı Moskvada keçirməkdən imtina edib.

Bu qərar İdman Arbitraj Məhkəməsinin (CAS) 2020-ci il dekabrın 17-də Ümumdünya Antidopinq Agentliyinin (WADA) iddiasını qismən dəstəklədikdən sonra qəbul edilib.

WADA Rusiya Antidopinq Agentliyini (RUSADA) Ümumdünya Antidopinq Kodeksinə uyğun statusundan məhrum edib. CAS-ın qərarı nəticəsində 2022-ci il dekabrınadək Olimpiya Oyunlarında və dünya çempionatlarında Rusiya idmançıları bayraq və himn olmadan çıxış edəcəklər. Qərar Rusiyanı dünya çempionatlarına iddia etməkdən və təşkilatçılıq hüququndan da məhrum edir.

Qeyd edək ki, dünya çempionatı 5 - 14 noyabrda keçirilməli idi. Yeni məkan martda müəyyənləşdiriləcək. (Report)

AzNews.az