Bu barədə "kral klubu"nun rəsmi saytı xəbər yayıb Bu barədə "kral klubu"nun rəsmi saytı xəbər yayıb
  • Fanat
  • 21 Aprel 2021 23:58
  •  5 101

"Real Madrid"in futbolçusunda koronavirus aşkarlandı

Bu barədə "kral klubu"nun rəsmi saytı xəbər yayıb

İspaniyanın "Real Madrid" komandasının futbolçusu Federiko Valverde koronavirusa yoluxub.

"Report"un məlumatına görə, bu barədə "kral klubu"nun rəsmi saytı xəbər yayıb.

23 yaşlı yarımmüdafiəçinin dərhal karantinə alındığı və müalicəsinə başlanıldığı bildirilib.

Qeyd edək ki, F.Valverde Uruqvay millisinin də formasını geyinir.