Yarış Portimanda keçirilib Yarış Portimanda keçirilib
  • Fanat
  • 2 May 2021 22:06
  •  5 850

Hemilton Portuqaliya Qran-prisinin qalibi oldu

Yarış Portimanda keçirilib

Portuqaliyada "Formula 1" qran-prisində "Mersedesin" pilotu Lüis Hemilton çempionatın üçüncü mərhələsində qələbə qazanıb.

AzNews.az xəbər verir ki, yarış Portimanda keçirilib.

İkinci yeri "Red Bull"dan Niderland idmançısı Maks Ferstappen tutub. Finlandiya təmsilçisi Valtteri Bottas üçüncü olub.

Qeyd edək ki, Hemilton daha əvvəl Bəhreyn Qran-prisini qazanıb. Britaniya təmsilçisi “Formula 1” üzrə yeddiqat dünya çempionudur. O, qələbə sayına görə dünya rekorduna imza atıb.