Niderland Ukrayna millisini öz evində qəbul edib Niderland Ukrayna millisini öz evində qəbul edib
  • Fanat
  • 14 İyun 2021 09:15
  •  6 650

Niderland Ukraynaya qalib gəldi

Niderland Ukrayna millisini öz evində qəbul edib

Avro-2020-nin bugünə olan üçüncü oyunu Amsterdamda Yohan Kroyf adına arenada keçirilib.

AzNews.az xəbər verir ki, Niderland Ukrayna millisini öz evində qəbul edib.

Gərgin keçən matçda Niderland millisi Ukraynaya 3-2 hesabı ilə qalib gəlib.

52-ci dəqiqədə Corcinyo Veynaldum hesabı açıb, 59-cu dəqiqədə isə Vaut Veqhorst fərqi iki topa çatdırıb.

Ukrayna yığmasının heyətində Andrey Yarmolenko 75-ci dəqiqədə fərqi azaldıb, Roman Yaremçuk 79-cu dəqiqədə bərabərlik qolunu vurub.

Denzel Dyomfris isə 85-ci dəqiqədə Niderlanda qələbə qazandıran qola imza atıb.