Azərbaycan millisi 5 000 İsveçrə frankı məbləğində cərimələnib Azərbaycan millisi 5 000 İsveçrə frankı məbləğində cərimələnib
  • Fanat
  • 4 May 2022 10:45
  •  8 697

FIFA Azərbaycan millisinin futbolçusunu sərt cəzalandırıb

Azərbaycan millisi 5 000 İsveçrə frankı məbləğində cərimələnib

FIFA Azərbaycan millisinin futbolçusu Tellur Mütəllimova 4 oyunluq cəza verib.

Buna 27 yaşlı yarımmüdafiəçinin evdə Lüksemburq yığmasına ilə keçirilmiş 2022-ci il dünya çempionatının seçmə mərhələsinin qrup oyununda qonaq komandanın oyunçusu Olivye Tillə qarşı kobudluğu səbəb olub.

Görüşün 21-ci dəqiqəsində topu itirdikdən sonra 26 yaşlı yarımmüdafiəçiyə kunq-fu hərəkəti ilə zərbə endirən Mütəllimov birbaşa qırmızı vərəqə alaraq meydandan qovulub.

FIFA "Sumqayıt"ın futbolçusunu diskvalifikasiya etməklə yanaşı, Azərbaycan millisini 5 000 İsveçrə frankı məbləğində cərimələyib.

Qeyd edək ki, Bakı Olimpiya Stadionunda oynanılmış qarşılaşma Lüksemburq seçməsinin 3:1 hesablı qələbəsi ilə başa çatıb. (report)