• Fanat
  • 18 Aprel 2023 22:29
  •  14 416

Hacı Əliyev dördqat Avropa çempionu olub

Sərbəst güləş üzrə Azərbaycan millisinin lideri Hacı Əliyev Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında qızıl medal qazanıb.

Aznews.az xəbər verir ki, 70 kq çəki dərəcəsində çıxış edən 32 yaşlı pəhləvan finalda bolqarıstanlı Ramazan Ramazanova 10:3 hesabı ilə qalib gəlib.

Bununla Əliyev karyerasında dördüncü dəfə Avropa çempionluğu tituluna yiyələnib.

Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə (57 kq) də Xorvatiyadakı Avropa çempionatının qalibi olub.

20:49

Azərbaycanın sərbəst güləşçisi Əli Rəhimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal qazanmaq şansını əldən verib.

O, 65 kq çəki dərəcəsində bürünc medal uğrunda görüşdə Ukrayna təmsilçisi Erik Aruşanyana 6:7 hesabı ilə məğlub olub.

Qeyd edək ki, millinin digər üzvü Əliabbas Rzazadə 57 kq çəkidə Avropa çempionu olub.

20:33

Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında Azərbaycanın sərbəst güləş yığması ilk medalını qazanıb.

Əliabbas Rzazadə 57 kq çəki dərəcəsində qitə birinciliyinin qalibi olub.

Final görüşündə türkiyəli Süleyman Atlı ilə üz-üzə gələn 25 yaşlı pəhləvan rəqibinə heç bir şans verməyib. Təcrübəli türkiyəli güləşçini vaxtından əvvəl 12:2 hesabı ilə məğlub edən Rzazadə karyerasında ilk Avropa çempionluğunu qazanıb.

13:41

Azərbaycanın daha bir güləşçisi Əli Rəhimzadə Xorvatiyanın paytaxtı Zaqrebdə keçirilən Avropa çempionatında medal görüşünə çıxacaq.

65 kq çəki dərəcəsində mübarizə aparan idmançı təsəlliverici qarşılaşmada Coşua Finesilverə (İsrail) qalib gəlib.

O, üçüncü yer uğrunda dueldə Erik Aruşanyanın (Ukrayna) müqavimətini qırmağa çalışacaq.

Bu gün, həmçinin, digər 4 sərbəst güləşçi də medal görüşlərində qüvvəsini sınacaq. 57 kq-dakı Əliabbas Rzazadə qızıl medal uğrunda Süleyman Atlı (Türkiyə) ilə, 70 kq-dakı Hacı Əliyev Ramazan Ramazanovla (Bolqarıstan), 97 kq-dakı Maqomedxan Maqomedov Givi Matçaraşvili (Gürcüstan) ilə üz-üzə gələcək.

79 kq-dakı Səbuhi Əmiraslanov isə bürünc medal qarşılaşmasında Axsarbek Qulayev / Hetik Çabolov cütünün qalibi ilə üz-üzə gələcək.

Qeyd edək ki, Avropa çempionatı aprelin 23-də başa çatacaq./Report