25 il ərzində çalışdıq ki, gənclər və idman sahəsində hərtərəfli siyasət aparaq

Azad Rəhimov: Bunların hamısına sevinirik

"1994-cü ildə ulu öndər Heydər Əliyevin ilk sərəncamlarından biri Gənclər və İdman Nazirliyinin yaradılması idi. Azərbaycanda gənclər və idman sahələrinin prioritet olacağını ulu öndər görürdü və bunlara çox önəm verirdi".

Bu fikirləri Gənclər və İdman naziri Azad Rəhimov Nazirliyin yaranmasının il dönümü ilə bağlı danışarkən deyib.

Rəhimov bildirib ki, qurum sabah, ilk növbədə, ulu öndər Heydər Əliyevin məzarını ziyarət edəcək: "Ulu öndəri yad etməliyik. 25 il ərzində çalışdıq ki, gənclər və idman sahəsində hərtərəfli siyasət aparaq. Gəncləri birləşdirək, onlar üçün maraqlı layihələr fikirləşək. İdmanda da böyük uğurlar olub. Bunların hamısına sevinirik. Sabah Nazirlikdə tədbirlər nəzərdə tutulub".

Nazir Bakıda keçirilən XV Avropa Gənclər Yay Olimpiya Festivalı (EYOF) haqqında da fikirlərini bölüşüb: "EYOF çox yaxşı keçir. Hazırda medal sıralamasında ikinci pillədəyik. Bizim məqsədimiz yuxarılarda qalmaqdır. Sabah gimnastika və cüdo yarışlarından da medallar gözləyirik". (Report)