- Köhnə - Günün fotosu
- 10 Fevral 2017 10:56
- 63 535
Məşhur milyarderləri hansı maşınlar gəzdirir? - SİYAHI
Planetin ən varlı adamlarının hansı maşınları idarə etməsi barədə heç düşünmüsünüz? Bentley, Porche və ya bəlkə Rolls-Royce?
Milyarderlərin ən azı dəyəri milyon dollardan daha yuxarı olan maşınları idarə etdiklərini düşünürük. Lakin təsəvvürlərimiz heç də həmişə reallıqla üst-üstə düşmür.
AzNews.az dünyanın ən məşhur 5 milyarderinin avtomobillərini təqdim edir:
1.Karlos Slim
Maddi vəziyyəti: 49,7 milyard dollar
2. Bill Geyts
Maddi vəziyyəti: 84,5 milyard dollar
“Microsoft” şirkətinin yaradıcısı “Porsche 959 Coupe” avtomobilini idarə edir. Bu avtomobilin 230 modeli yaradılıb. Onlardan hər birinin dəyəri 200 000 dollardır.
3. Mark Zukerberg
Maddi vəziyyəti: 54,6 milyard dollar
“Facebook” sosial şəbəkəsinin yaradıcısı və Baş direktoru 2014-cü ildə köhnə “Honda Accord” markalı maşını satıb və mexaniki sürət qutusu ilə idarə olunan yeni “Volkswagen GTI” markalı avtomobili alıb. Avtomobilin dəyəri 30,000 dollardır.
4.İngvar Kamprad
Maddi vəziyyəti: 39,3 milyard dollar
“Buniness insider”in məlumatına əsasən, əgər “İkea” yaradıcısının “Volvo 240” markalı avtomobili satılsa, o təxminən 1500 dollar dəyərində ola bilər.
5.Larri Ellison
Maddi vəziyyəti: 50,3 milyard dollar
“Oracle” rpqoram təminatının yaradıcısı “F1 McLaren” avtomobilinin sahibidir. Bu maşının istehsalı 1998-ci ildə dayandırılıb. Ümumilikdə 106 belə avtomobil istehsal olunub. 10 km/saat sürətini cəmi 3,2 saniyəyə yığa bilən avtomobilin hazırki dəyəri 4,1 milyon dollardır.
Aydan