- Köhnə - Günün fotosu
- 30 Sentyabr 2017 11:56
- 12 524
Prokurorluq işçiləri peşə bayramı münasibətilə Fəxri xiyabanı ziyarət edib - Fotolar
"1 oktyabr - Azərbaycan Respublikası Prokurorluğu işçilərinin peşə bayramı günü" və milli prokurorluğun yaradılmasının 99-cu ildönümüdür.
AzNews.az “APA”ya istinadən xəbər verir ki, bu münasibətlə Baş Prokurorluğun rəhbərliyi Fəxri xiyabanda Heydər Əliyevin, akademik Zərifə Əliyevanın məzarlarını ziyarət edib.
Daha sonra Şəhidlər xiyabanını ziyarət edən Baş Prokurorluq rəhbərliyi “Əbədi məşəl” abidəsi önünə əklil qoyublar.
Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında bütün prokurorluq əməkdaşlarını təbrik edib, onlara fəaliyyətlərində uğurlar arzulayıb.








AzNews.az